15 noyabr 2025 00:35
85

Rusiya Ukraynanın itkilərini açıqlandı - 1360-cı gün

Rusiya müharibənin 1360-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 96 549 PUA-sı, 636 zenit-raket kompleksi, 26 020 tank və digər zirehli texnikası, 1 611 reaktiv yaylım atəş sistemi, 31 286 artilleriya və minaatanı, 46 649 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.