BMT Təhlükəsizlik Şurası (TŞ) 17 noyabrda ABŞ lideri Donald Trampın Qəzza sektoru üzrə sülh planını dəstəkləyən qətnamə layihəsini səsverməyə çıxaracaq.
“İki sahil” xəbər verir ki, bu barədə təşkilatda Syerra-Leonenin daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
"Səsvermə ABŞ-nin qətnamə layihəsi üzrə bazar ertəsi saat 17:00-da (Bakı vaxtı ilə çərşənbə axşamı 02:00-da) keçiriləcək", – noyabr ayında TŞ-yə sədrlik edən Syerra-Leone missiyası bildirib.