Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşləri formatına tam hüquqlu iştirakçı kimi qoşulması təşəbbüsünü alqışlayır.
"Mən həmçinin Azərbaycan prezidenti, hörmətli İlham Əliyevi və BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kaxa İmnadzeni səmimi salamlamaq istəyirəm. Qırğız Respublikası Azərbaycanın bizim məsləhətləşmə görüşləri formatına tam hüquqlu üzv kimi qoşulması təşəbbüsünü dəstəkləyir", - deyə Japarov bildirib.
Qırğız lider vurğulayıb ki, əməkdaşlıq formatının qardaş Azərbaycanın qoşulmasından sonra genişləndirilməsi Mərkəzi Asiya qarşısında xüsusilə beynəlxalq tranzit, logistika və enerji sahələrində yeni imkanlar və geniş əməkdaşlıq üfüqləri açacaq.
"Bu gün biz əminliklə deyə bilərik ki, Mərkəzi Asiya dövlət başçılarının məsləhətləşmə görüşləri formatı özünü doğrultdu. O, öz həyat qabiliyyətini göstərdi və təkcə regional problemlərin müzakirə olunduğu deyil, həm də yeni təşəbbüs və təkliflərin fəal şəkildə irəli sürüldüyü real, öz növündə yeganə platforma oldu", - deyə Sadır Japarov qeyd edib.
İlham Əliyev: Əminəm ki, Daşkənddəki İslam Sivilizasiyası Mərkəzi İslam dünyası üçün qürur mənbəyinə çevriləcək
Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclası keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib - YENİLƏNİB
Hikmət Hacıyev: Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində Zəngəzur dəhlizi əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edir