16 noyabr 2025 11:13
97

Sadır Japarov: Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun strateji davamı olacaq

Zəngəzur dəhlizi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı olacaq.

“İki sahil” xəbər verir ki, bunu Qırğızıstan prezidenti Sadır Japarov Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxış edərkən deyib.

"Strateji əhəmiyyətli Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ölkələrimizi sadəcə birləşdirməyəcək, həm də logistikanı yenidən formatlaşdıraraq, Asiya və Avropanın ən böyük bazarlarına ən qısa yolu açacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin tikintisi layihəsi Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun məntiqi və strateji davamı kimi görünür", - deyə S.Japarov bildirib.

Qırğız lider həmçinin gömrük məlumatlarının mübadiləsi və vahid pəncərə prinsipi ilə icazə sənədlərinin rəsmiləşdirilməsi üçün "Rəqəmsal tranzit dəhlizi" vahid elektron platformasının işlənib hazırlanmasını təklif edib.

Onun sözlərinə görə, belə bir platformanın işə salınması nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin səmərəliliyini artırmağa kömək edəcək.