Zəngəzur dəhlizi bu gün qəbul edilmiş Azərbaycan-Mərkəzi Asiya platforması çərçivəsində iqtisadi, ticarət, nəqliyyat-logistika əməkdaşlığı üçün çox yaxşı imkanlar və perspektivlər vəd edir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərlə söhbətində deyib.
O, qardaş Özbəkistana Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına tam hüquqlu üzv olması ilə bağlı qərarın qəbul edilməsinə görə dərin təşəkkür etdiyini bildirib:
"Azərbaycanda Özbəkistanı çox sevirlər. Biz ortaq mədəniyyətimiz, dəyərlərimizlə qürur duyuruq. Hesab edirik ki, bundan sonra Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğu daha da dərinləşəcək. Burada iki ölkənin lideri bizim üçün gözəl nümunə göstərir".
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı videoçarx paylaşılıb