2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək Türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır.
“İki sahil” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım özünün feysbuk hesabında paylaşım edib. O, paylaşımında yazıb: “Bu inkişaf Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək Türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir.
Qardaşlığımızı daha güclü regional memarlığa çevirən bu addımı məmnuniyyətlə qarşılayıram”.
İlham Əliyev ilə Şavkat Mirziyoyev bir-birilərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər
Prezident İlham Əliyevin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı videoçarx paylaşılıb