16 noyabr 2025 20:22
86

Bərdədə üç yaşlı uşaq quyuya düşərək ölüb

Bərdədə üç yaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Mehdili kəndində baş verib.

Kənd sakini 2022-ci il təvəllüdlü A.C. həyətdə yeni qazılmış kanalizasiya quyusuna düşərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.