16 noyabr 2025 20:35
99

Restoranın pilləkənlərindən yıxılaraq ölüb

Sumqayıtda kişi restoranın pilləkənlərindən yıxılaraq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində yerləşən restoranların birində qeydə alınıb.

1957-ci il təvəllüdlü Viktor İslam oğlu Qayıbov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.