SOCAR regionun aparıcı və dünyanın tanınmış enerji şirkəti olaraq ölkə iqtisadiyyatında çox mühüm rol oynayır. Şirkət Azərbaycanın sərhədləri daxilində, dənizdə və quruda yerləşən neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, həmçinin ölkə ərazisində sənayenin və əhalinin təbii qaz təchizatı ilə də məşğul olur.
Şirkətin əsas məqsədlərindən biri də beynəlxalq standartların tələblərinə uyğun keyfiyyətə əminliyin və nəzarətin təşkil edilməsi, keyfiyyət sahəsindəki yeni trendlərin tətbiqinin mümkünlüyünü araşdırmaq, keyfiyyətə əminlik tələblərinə uyğun nəzarət mexanizmlərinin yaradılması və metodoloji bazanı davamlı inkişaf etdirməkdir.
SOCAR üzrə “satınalma” və “pre-kvalifikasiya” prosesinin rəqəmsallaşdırılması, həmçinin tətbiqinə başlanılması məqsədilə e-Tender platforması yaradılıb. Proseslə əlaqəli pre-kvalifikasiya sorğu vərəqlərinin və sualların tərtib edilməsi təşkil edilib. SOCAR-ın Təsdiqlənmiş Təchizatçılar Siyahısının (TTS) formalaşdırılması məqsədilə 436 pre-kvalifikasiya müsabiqəsinin təşkili, təchizatçıların qiymətləndirilməsi və müvafiq digər fəaliyyətlər icra edilib. e-Tender platformasında pre-kvalifikasiya modulunun təkmilləşdirilməsi üçün təkliflərin verilməsi məqsədilə “Smart Solutions Group” MMC-nin nümayəndələri ilə mütəmadi görüşlər təşkil edilib. SOCAR-ın Baş ofisi tərəfindən mərkəzləşmiş qaydada təşkil olunan müxtəlif satınalma tenderlərində keyfiyyət üzrə mütəxəssislərin iştirakı təmin edilib.
Yerli istehsala dəstək
Yerli istehsalçılara dəstək proqramının tətbiqinə başlanılaraq 2024-cü il ərzində 59 yerli istehsalçı şirkətlə görüşlər təşkil olunub. İstehsalçıların müəyyən edilməsi istiqamətində İqtisadi zonaların (7 sənaye parkı, 3 sənaye məhəlləsi) daxilində fəaliyyət göstərən 99 rezidentin fəaliyyət istiqaməti təhlil edilərək SOCAR-ın tələbatına uyğun məhsulların istehsalçısı olan əksər şirkətlərlə görüşlər keçirilib. 2025-ci ildə də Proqramın davam etdirilməsi məqsədilə digər yerli istehsalçılar haqqında məlumatların əldə olunması üçün İqtisadiyyat Nazirliyinə müraciət ünvanlanıb.
İşçilərin maarifləndirilməsi
SOCAR-ın idarəetmə sistemlərinin beynəlxalq səviyyədə qəbul edilmiş qabaqcıl təcrübəyə inteqrasiyası istiqamətində son dövrlərdə Baş ofisin Keyfiyyətə əminlik və nəzarət (KƏN) Departamenti tərəfindən xeyli işlər görülüb. Keyfiyyət sahəsində SOCAR-ın tabeli qurumlarında personalın peşəkarlığının yüksəldilməsi, təlim və inkişaf istiqamətində də fəaliyyətlər görülməkdədir. Bu məqsədlə Departamentin təşəbbüsü və birbaşa iştirakı ilə hər ay keyfiyyət sahəsi ilə bağlı müxtəlif mövzularda posterlər hazırlanır və SOCAR-ın strukturuna daxil olan bütün müəssisələrlə paylaşılır. SOCAR-da ilk dəfə olaraq biznes vahidlərindən və kənar qurumlardan dəvət olunan qonaqların iştirakı ilə “Keyfiyyət həftəsi” tədbiri təşkil olunub. Hər il müxtəlif mövzular əsasında “Ümumdünya Keyfiyyət həftəsi” geniş miqyasda qeyd edilir.
Risklərin idarəedilməsi
SOCAR-ın risk idarəetmə çərçivəsi mövcuddur və burada risklərinin idarə edilməsinin funksiyaları aşağıdakı kimidir: Risk Sahibləri (birinci xətt), Risklərin İdarə Edilməsi və digər Nəzarət funksiyaları (ikinci xətt) və Müstəqil Audit Funksiyası (üçüncü xətt). SOCAR effektiv risk mədəniyyətini təşviq etmək məqsədilə risklərin idarə edilməsi üzrə proseslərə və strategiyalara malikdir. Şirkətin riskə məruz qalma səviyyəsi ən azı ildə bir dəfə nəzərdən keçirilir. Şirkət daxilində effektiv risk mədəniyyətini təşviq etmək məqsədilə rəhbərlik üçün müntəzəm risk idarəetmə təlimləri, Şirkət üzrə risk idarəetmə prinsiplərinə dair hədəflənmiş təlimlər, məhsul və xidmətlərin hazırlanmasında risk meyarlarının nəzərə alınması və risk idarəetmə göstəricilərini nəzərə alan maliyyə stimulları kimi strategiyalar mövcuddur. Yaranmaqda olan strateji risklərdən biri azalan neft qiymətləri və hasilat gəlirlərində marjanın azalmasıdır. Bu riskin yaranma səbəblərinə neft qiymətlərini aşağı salan siyasi meyillər, yeni neft və qaz yataqlarının işlənməsi üçün artan kapital xərcləri (CAPEX) və mövcud yataqların saxlanması üçün yüksələn CAPEX daxildir. Bu meylin təsiri olaraq birincisi, neftin ucuzlaşması Şirkətin əsas gəlir mənbələrini birbaşa təhdid edir. İkincisi, artan əməliyyat (OPEX) və CAPEX biznes xətlərinin əsas xərclər strukturunu yüksəldir və bu da mənfəətliliyə əlavə təzyiq yaradır. Bu riski azaltmaq üçün Şirkət gəlir mənbələrini sabitləşdirmək və genişləndirmək məqsədilə portfelin optimallaşdırılması və diversifikasiyası strategiyasını həyata keçirir. Əlavə olaraq, CAPEX səmərəliliyini artırmaq üçün də tədbirlər görülür. Yaranmaqda olan əsas əlavə bir risk isə tənzimləmə və uyğunluqla - ətraf mühit məsələləri üzrə sərt tənzimləmə tələbləri ilə bağlıdır. Bu, həm yerli, həm də qlobal səviyyədə tətbiq olunan daha sərt ekoloji qaydaları əhatə edir. Riskin əsas təsiri uyğunluğun pozulması nəticəsində reputasiya və əməliyyat zərərləri, o cümlədən Şirkətin fəaliyyət lisenziyasının risk altına düşməsidir. Bu riski azaltmaq üçün SOCAR öz əməliyyatlarının strateji karbon emissiyası hədəfləri ilə tam uyğunlaşdırılmasını təmin edir və yaşıl enerji layihələrinin uğurla həyata keçirilməsinə xüsusi önəm verir.
Layihələrin qiymətləndirilməsi auditləri
Üçüncü tərəf (podratçı) şirkətlərin fəaliyyətinin SOCAR-ın prinsip və dəyərlərinə uyğun qurulduğu daim diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar SOCAR-ın tabeli qurumlarında quruda və dənizdə olmaqla podratçılar tərəfindən həyata keçirilən əsaslı təmir, tikinti və yenidənqurma layihələrində effektivliyin qiymətləndirilməsi üçün keyfiyyət auditləri həyata keçirilib. Belə ki, 6 müəssisədə, 2 daxili 6 kənar podratçı təşkilat olmaqla 11 keyfiyyət yoxlaması təşkil edilib.
Metodoloji bazanın təkmilləşdirilməsi
SOCAR-da satınalma prosesinin təkmilləşdirilməsi, müasir tələblərə uyğunlaşdırılması məqsədilə müvafiq normativ sənədlər toplusu hazırlanıb. SOCAR-ın fəaliyyətləri üzrə proseslərin təkmilləşdirilməsi məqsədilə “7 Keyfiyyət aləti” təlimatı hazırlanaraq təsdiq olunması təşkil edilib. Yeni proses olan “pre-kvalifikasiya” üzrə “Pre-kvalifikasiyanın təşkili və idarəolunması” haqqında təlimat, “Pre-kvalifikasiya müsabiqələrində iştirak edən təchizatçılar üçün təlimat” hazırlanıb. SOCAR üzrə ümumi olaraq, SƏT (Sağlamlıq və Əməyin Təhlükəsizliyi) və Keyfiyyət bəyanatları yenilənib.
“Milli Standartlaşma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”
Dövlət Proqramının Tədbirlər Planında SOCAR-ın həmicraçı müəyyən edildiyi 4 dörd bənd üzrə müvafiq işlər görülüb. Belə ki, razılaşdırılmaq üçün göndərilən 3 milli texniki reqlament layihəsinə münasibət bildirilib, İşçi Qrupun 2024-cü il üzrə İş Planının icrası istiqamətində görülən işlərin müzakirəsinə həsr olunan görüşlərdə iştirak edilib, SOCAR-ın fəaliyyətinə uyğun olan texniki reqlamentlərin istinad standartlarının siyahısı müvafiq qaydada təhlil edilib. İstinad edilən standartların siyahısında qeyd olunmuş standartların beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi məqsədilə bir sıra əlavə və əvəzləmələrin edilməsi təklif edilib, “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin texniki komitələrində üzv olaraq təmsil olunacaq nümayəndələrin siyahısı təqdim edilib.
Əməkdaşlıq və rəqəmsallaşdırma
2024-cü ildə SOCAR keyfiyyət amilini, həmçinin yerli və beynəlxalq standartların tələblərini əsas tutmaqla daxili və xarici bazarda rəqabətə davamlılığı artırmaq, məhsulların (xidmətlərin, işlərin), onlarla əlaqəli proseslərin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun keyfiyyətinin və işçi heyətinin bacarıqlarının daim təkmilləşdirilməsini təmin etmək məqsədi ilə “SOCAR Türkiyə” ilə təcrübə mübadiləsi üçün görüşlər keçirilib. SOCAR ilə CQI (Chartered Quality Insti tute) arasında korporativ üzvlük istiqamətində bir sıra görüşlərin təşkili və fəaliyyətlərin icrası həyata keçirilib.
2024-cü ildə SOCAR-da keyfiyyət proseslərinin bəzi modullar üzrə rəqəmsallaşdırılması təşəbbüsü ilə bir sıra fəaliyyətlər həyata keçirilib. e-İMS proseslərinin rəqəmsallaşdırılması strategiyası və 6 modul üzrə arxitektura sənədi hazırlanıb. e-İMS proseslərinin rəqəmsallaşdırılması istiqmətində “Caspian İnnovati on Center” (CİC) və bir sıra vendor təşkilatlarla texniki tələblərin müzakirəsinə dair müxtəlif görüşlər təşkil edilib. Artan rəqəmsallaşma ilə birlikdə, kibertəhlükəsizlik riskləri getdikcə daha çox diqqət mərkəzinə çevrilir. İcra orqanı səviyyəsində informasiya təhlükəsizliyi məsələlərinə nəzarət, bu sahədə müvafiq səlahiyyətlərə malik olan Baş Texnologiya İnzibatçısı (Chief Technology Offi cer) tərəfindən həyata keçirilir.
Orxan Vahidoğlu, “İki sahil”
Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır