18 noyabr 2025 11:52
76

Hazırda ABŞ-nin Cənubi Qafqaz regionuna marağı artıb - Fərid Şəfiyev

Hazırda ABŞ-nin Cənubi Qafqaz regionuna marağı artıb.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumunda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə ümumilikdə Ermənistan və Azərbaycan arasında normallaşma prosesi, ABŞ və Azərbaycan arasında əlaqlərin inkişafı, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olmasına xidmət edir:

"Hazırda ABŞ-nin Cənubi Qafqaz regionuna marağı artıb. Təbii ki, bundan istifadə etmək lazımdır. Çünki həm Azərbaycan, həm də ABŞ-nin bunun üçün imkanları var".