Basqal qəsəbəsində "Hacı Bədəl" məscidində təmir işləri yekunlaşmaq üzrədir.

“İki sahil”in İsmayıllıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına təşkil olunan mediatur zamanı deyib.
Onun sözlərinə görə, Basqalda yerləşən "Şeyx Məhəmməd" məscidinin bərpası gələn ilin əvvəlində yekunlaşacaq.
Qeyd edək ki, hər iki məscid Basqal qəsəbəsində yerləşir.