19 noyabr 2025 09:00
92

Sumqayıt istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət aradan qaldırılıb -  YENİLƏNİB

Sumqayıt şəhəri istiqamətində qəzaya görə avtomobillərin hərəkətinə tətbiq edilmiş məhdudiyyət aradan qaldırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

***

Binəqədi rayonu, Moskva prospektində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən tunelə giriş hissə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, hazırda hərəkətin bərpa olunması üçün polis və FHN əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.