19 noyabr 2025 13:33
177

Mərkəzi Bankın sədri: Xarici ticarət balansı 2,4 milyard ABŞ dollar müsbəti saldo səviyyəsində formalaşıb

Bu ilin 10 ayında tədiyyə balansının əsas komponenti olan xarici ticarət balansı 2,4 milyard ABŞ dollar müsbəti saldo səviyyəsində formalaşıb.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O, həmçinin bildirib: “2025-ci ilin 6 ay üzrə cari əməliyyat balansının profisiti 2,3 milyard ABŞ dolları təşkil edib ki, bu da ümumi daxili məhsulun 6,3 faizi deməkdir. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, cari əməliyyatlar hesabının profisiti 2025-ci ilin sonunda 3,7 milyard ABŞ dollar səviyyəsində formalaşacaq”.