19 noyabr 2025-ci il tarixində rayon təşkilatının qərargahında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət və ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, partiyanın əməkdaşları və partiya fəalları iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yola dair videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiya 33 il ərzində zəngin, şərəfli inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyası siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrilib. Azərbaycan xalqının xilaskarı, partiyamızın qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən, eyni zamanda, Yeni Azərbaycan Partiyasının 33 il ərzində ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan ətraflı bəhs edib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi müvəffəqiyyətlər qazanır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. Bu gün Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, dövlətçilik ənənələrini yaşadan, onları yeni reallıqlara uyğun şəkildə inkişaf etdirən böyük bir siyasi məktəb, milli ideoloji platformadır. Partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub.
Daha sonra mövzu ətrafında çıxış edənlər – Kürdəmir Peşə Liseyinin direktoru Nurlan Abdullayev, Köhnəbazar kənd tam orta məktəbinin müəllimi,şairə Yadigar Kazımova, Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin direktoru Akif İbrahimov vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 33 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Tarixi şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun əbədiyaşar ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir.
Natiqlər partiyanın keçdiyi inkişaf yolundan, partiyanın Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsindən, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsindən, qazanılan parlaq qələbədən ətraflı bəhs ediblər.
Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri Fərmanlar təqdim edilib.
ETİHİ-nin Mərkəzi Aran bölgəsi üzrə regional görüşü Mingəçevir şəhərində keçirilib - FOTO
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb
Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxlayıb