Nizami rayonunda “Ford” markalı avtomobildən içərisində 1000 manat pul və 670 manat dəyərində qızıl-zinət əşyası olan çanta oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı N.Hüseynov müəyyən edilərək saxlanılıb.
Nəsimi rayonunda isə “Changan” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən 47 yaşlı Ö.Sadiqi də polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
MM yaşayış minimumu və ehtiyac meyarının 300 manat olmasını I oxunuşda qəbul edib