Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim sammitindəki (COP30) yanğın zamanı 13 nəfər tüstüdən zəhərlənib.
“İki sahil” "Associated Press"ə istinadən xəbər verir ki, konfrans nümayəndələrinin məlumatına görə, xəsarət alanlara tibbi yardım göstərilib. Sammitin keçirildiyi məkan təxminən yeddi saat bağlı qalıb, seksiya və danışıqların işi tamamilə dayandırılıb.
Braziliyanın turizm naziri Selsu Sabino bildirib ki, yanğın Çin pavilyonunun yaxınlığında başlayıb. Para ştatının qubernatoru Elder Barbalo hadisənin generator nasazlığı və ya qısaqapanma səbəbindən baş verə biləcəyini ehtimal edib.
Xatırladaq ki, hadisə Bakı vaxtı ilə noyabrın 20-də axşam saatlarında baş verib.