21 noyabr 2025 10:22
94

Azərbaycan və İsrail neft-qaz sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsini müzakirə edib.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında bildirib.

"İsrail Dövlətinə işgüzar səfərimiz zamanı bu ölkənin energetika və infrastruktur naziri Eli Kohen ilə görüşməkdən məmnun olduq",- deyə nazir qeyd edib.

M.Cabbarov görüş zamanı həm də enerji və su sektorlarında mövcud əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsinin aparıldığını əlavə edib.