21 noyabr 2025 11:09
146

Azərbaycanı Avropa çempionatında 11 boksçu təmsil edəcək

Noyabrın 23-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı start götürəcək.

“İki sahil” xəbər verir ki, 7 gün davam edək yarışda Azərbaycan millisi 11 idmançı ilə təmsil olunacaq.

Yarışda kişilər arasında Sübhan Mamedov (50 kiloqram), Amin Məmmədzadə (55 kiloqram), Tağı Nəsibov (60 kiloqram), Əli Abdullayev (65 kiloqram), Nicat Əlirzayev (70 kiloqram), Fərhad Şeydayev (75 kiloqram) və Səbuhi Əlizadə (+90 kiloqram) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Lalə Mədətova (48 kiloqram), Zeynəb Rəhimova (54 kiloqram), Aynur Mikayılova (57 kiloqram) və Fatimə Mehdiyevaya (65 kiloqram) rinqə çıxacaqlar.

Yarışda hakimlər arasında Azərbaycanın beynəlxalq dərəcəli referisi Qalib Əbiyev də yer alacaq.

Qeyd edək ki, Macarıstana bu gün yollanan milli komanda Bakıya noyabrın 30-da qayıdacaq.