21 noyabr 2025 11:22
144

Bu gün VI İslam Həmrəyliyi Oyunlarına yekun vurulacaq

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarına yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, yarışın bağlanış mərasimi PNU stadionunda keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının hesabında 55 medal var. Onlardan 8-i qızıl, 18-i gümüş, 29-u isə bürünc mükafatlardır.

İdmançılarımız Oyunların son günündə 3 növdə (ciu-citsu, parapauerliftinq və sərbəst güləş) mübarizə aparırlar.