21 noyabr 2025 10:54
58

Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

 Yeni Azərbaycan Partiyası dedikdə tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev qəlbimizdə canlanır.  Doğma xalqına böyük sevgisi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilməsi Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına gedən yolda atılan ən mühüm addımlardan biri olub.   Beləliklə, Heydər Əliyevin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunarkən Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Ulu Öndər Heydər Əliyev başlamışdı. Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin gücünü bütün dünya bilirdi. 1992-ci il 16 oktyabr tarixində bir qurup Ziyalıların  - məşhur 91-lərin  Heydər Əliyevə müraciəti “SƏS” qəzetində “Azərbaycan sizin sözünüzü gözləyir ” başlığı ilə dərc edilmişdir. 

Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurdu. 24 oktyabr 1992-ci il tarixində  Heydər Əliyev  bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir. Həmin ilin noyabırın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev  partiya sədri seçilmişdir.  

     Xalqlmızın ona böyük inamı nəticəsində  3 oktyabr 1993-cü ildə Azərbaycan xalqı tərəfindən Ulu Öndər Heydər Əliyev ümumxalq səsverməsi ilə  prezident seçildi. Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası 1993-cü ildə Prezident seçkilərində qalib gələrək iqtidara çevrildi . Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başladı. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Öz hüdudlarını qoruya bilmirdi. Beynəlxalq aləmdə öz sözünü deyə bilmirdi. Belə olduğu halda heç bir müstəqillikdən söhbət gedə bilməzdi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan-Ermənistan arasında atəşkəs elan olundu, Ölkənin daxilində baş verən parçalanmanın  qarşısı alındı və qısa bir zamanda 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın “yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Ulu  Öndər Heydər Əliyev ömrünün sonuna qədər işğal altında olan torpaqlarımızı  sülh yolu ilə azad etmək üçün danışıqlar aparırdı. 

      2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində  İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.   Ali  Baş Komandanımız  Prezident seçildiyi ildən  etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin  möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 

     2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük  Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından azad olunması xalqın böyük sevincinə səbəb oldu. Dövlət başçımız tarixi Zəfərdən sonra sülh təklifləri ilə çıxış etdi, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Əldə etdiyimiz mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının böyük uğurudur. 

              Tarixi ədalətimizin bərpa olunması, qarşımıza qoyduğumuz bütün hədəflərə çatdığımız üçün  2021-ci ildə növbədənkənar Yeni Azərbaycan Partiyasının növbəti VII  Qurultayı keçirildi. Bu Qurultayda bir sıra dəyişikliklər və yeniliklər oldu. Belə ki , İdarə Heyətinin sayının dəyişməsi, Siyasi Şuranın ləğv olunub əvəzində Veteranlar Şurasının yaradılması, Qadınlar Şurasının ləğv olunub, əvəzində Mərkəzi Aparatın nəzdində Gender siyasəti şöbəsi yaradılması, Gənclər təşkilatının rəsmi olaraq YAP Gənclər Birliyi adlandırılması və 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına birləşdirilməsini qeyd edə bilərik.   6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamı ifadə edir. Hazırda  Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. Partiyamızın sıralarında 744 mindən çox insanın birləşməsi də bu faktı təsdiqləyir. Ölkəmizdə dərin islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində Yeni Azərbaycan Partiyasının  xidmətləri əvəzsizdir. Məhz bu ali keyfiyyətlərə görə Qurtuluşdan Zəfərə qədər şərəfli yol keçən Yeni Azərbaycan Partiyası daim öndədir, sevilir, adı hörmət və ehtiramla çəkilir, sıraları durmadan çoxalır, xalqın yanında dayanıb, xalqa xidmət edib və  bu fəaliyyəti ilə qalibiyyətlə addımlayır.

 

 

Yeni Azərbaycan Partiyası 

                                            Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov