Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Regionlarda peşəkar teatr dərsləri” layihəsi davam edir. Layihə çərçivəsində növbəti ustad dərsi 24-30 noyabr tarixlərində Mingəçevir Dövlət Dram Teatrında təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, ustad dərsləri Əməkdar artist, aktyor Qasım Nağı və MEMİM-in əməkdaşı teatrşünas Dağlar Yusif tərəfindən aparılacaq.
Qeyd edək ki, ötən ilin oktyabr ayından həyata keçirilən layihə teatr kollektivlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, aktiv yaradıcı mühitin formalaşdırılması, teatr sənəti ilə bağlı müasir tendensiyaların diqqətə çatdırılması və təcrübə mübadiləsi məqsədi daşıyır.
“Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin qalibləri müəyyən olunub