Bu gün biz ənənəvi elektron mediadan deyil, artıq təkamül etmiş yeni mediadan - sosial şəbəkələrdən danışırıq. Sosial şəbəkələr ənənəvi medianın sərhədlərini aşaraq informasiyanın son dərəcə sürətlə yayılmasına imkan yaradır.
“İki sahil” xəbər verir ki, bu sözləri Banqladeşin Məlumat və Yayım Nazirliyinin baş katibi Noor Md. Mahbubul Haq D-8 Media Forumunun açılış mərasimində deyib.
“Banqladeş də daxil olmaqla, gənc nəsil üzərində informasiyanın təsiri olduqca güclüdür. Süni intellekt əsasında yaradılan xəbərlərlə tez-tez rastlaşırıq və insanlar çox zaman onların düzgünlüyünü yoxlamadan qəbul edirlər. Bu gün biz yeni formalaşan texnologiyalarla işləyirik və buna görə də peşə bacarıqları da mütəmadi yenilənməlidir. Dezinformasiyanın yayılmasının qarşısını almaq üçün isə sıx əməkdaşlıq vacibdir”, - deyə baş katib əlavə edib.
D-8 ölkələri etibarlı informasiya məkanının qurulması üçün birgə hərəkət etməlidir - Alireza Miryusefi Aval
D-8 Media Forumu media sahəsində əlaqələrin inkişafı baxımından əhəmiyyətli platformadır - Misir rəsmisi