Energetika Nazirliyində Azərbaycanda ilk enerji auditoru ixtisası attestatının təqdim edilməsi məqsədilə görüş keçirilib. Görüşdə iştirak edən energetika nazirinin müavini Elnur Soltanov Azərbaycanda ilk dəfə enerji auditoru ixtisası üzrə attestat əldə etmiş “DH Energy Audit And Consulting” MMC-nin nümayəndəsi Daşqın Həsənliyə müvafiq ixtisas attestatlarını təqdim edib.

“İki sahil” xəbər verir ki, iştirakçılar enerji auditi sahəsində qanunvericiliyin tələbləri, attestasiyadan keçmiş auditorların bu tələblərin icrasında oynadığı rol, məcburi enerji auditi subyektləri üzrə proseslər və qarşıda duran vəzifələr, enerji səmərəliliyinə nail olmaq istiqamətində auditin əhəmiyyəti və bu sahədə yeni mərhələnin başlanması barədə fikir mübadiləsi aparıblar.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn tələblərə uyğun olaraq təsərrüfat subyektlərində və binalarda enerji auditinin həyata keçirilməsi ixtisas kateqoriyaları üzrə ilk attestasiyalar 13-14 noyabr tarixlərində keçirilib. Hər iki kateqoriya üzrə ilk dəfə olaraq 1 nəfər uğur qazanaraq enerji auditoru ixtisas attestatı almaq hüququ əldə edib.