"2025-ci il oktyabrın 26-da Hanoy şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Dövlət Təhlükəsizliyi Xidməti, həmçinin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərməlidir.
Heyvanlarda xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirilib
AXA əməkdaşları qəhvəyi mərmər bağacığına qarşı 28 rayonda monitorinqlər aparıb
BDU və “Regional İnkişaf” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb