21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Biləsuvarda YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş konfrans keçirilib
Yasamalda yaşayış binasında yanğınla bağlı cinayət işi açılıb - Baş Prokurorluq
Yasamalda yaşayış binasında yanğın nəticəsində ölənlərin ikisinin kimliyi məlum olub - YENİLƏNİB
Yasamalda yaşayış binasında yanğın söndürülüb, iki nəfər tüstüdən boğularaq ölüb