22 noyabr 2025 09:19
150

"Avroviziya"da səsvermə qaydaları dəyişdiriləcək

Avropa Yayım İttifaqı (EBU) "Avroviziya" mahnı müsabiqəsinin səsvermə qaydalarında miqyaslı dəyişikliklər edildiyini elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə EBU-nun rəsmi bəyanatında bildirilir.

Qeyd edilir ki, yeniliklər artıq 2026-cı ildən qüvvəyə minəcək. Məlumata əsasən, yeniliklərin məqsədi etimadı artırmaq, şəffaflığı gücləndirmək və diqqəti yenidən musiqiyə yönəltmək, yəni xarici təsirlərdən və informasiya manipulyasiyalarından uzaqlaşdırmaqdır.

Əsas dəyişikliklər aşağıdakılardan ibarət olacaq:

- İştirakçılara reklam dəstəyinin göstərilməsi qaydaları sərtləşdiriləcək;

- Bir telefon nömrəsindən maksimum səs sayı 20-dən 10-a endiriləcək;

- Yarımfinallarda peşəkar münsiflər heyəti olacaq;

- EBU şübhəli səsvermə modellərinin izlənməsinin avtomatik mexanizmlərini gücləndirəcək.