"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
"2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar pəncərəsi çərçivəsində "FIFA Series" turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam. 2024-cü ilin mart ayında keçirilmiş pilot turnirin uğuruna əsaslanaraq, bu layihə müxtəlif qitələrdən olan milli komandalara ənənəvi konfederasiya sərhədlərindən kənarda yarışmaq və əlaqə qurmaq üçün unikal platforma təqdim edir", - deyə o, bildirib.
Qurum rəhbəri turnirin keçiriləcəyi digər ölkələrin də adlarını açıqlayıb:
"Kişilər arasında "FIFA Series" turniri Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanda keçiriləcək. Qadınlar arasında "FIFA Series" isə debütünü Braziliya, Fil Dişi Sahili və Tailandda keçiriləcək oyunlarla edəcək. Bundan əlavə FIFA-nın digər üzv assosiasiyaları da ev sahibliyi etmək niyyətlərini açıqlayıblar".
Qeyd edək ki, 2024-cü ildə "FIFA Series" turnirinə ev sahibliyi edən ölkələrdən biri də Azərbaycan olub.