21 noyabr 2025- ci ildə Mirvarid Dilbazi Poeziya İctimai Birliyinin təşəbbüsü və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Cəlilabad Tibb Kollecində "Kəlağayı bayramı" adlı tədbir keçirib.
“İki sahil” xəbər verir ki, tədbirdən öncə "Kəlağayı Ev Muzeyi"nin yaşı əsrlərə söykənən qədimi və müasir kəlağayılarının sərgisi və Mirvarid Dilbazi Poeziya Məclisinin nəzdində işıq üzü görən 30- ad yaxın kitabıarla tanışlıq olub.
Tədbiri giriş sözü ilə ilə Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin sədri Güllü Eldar Tomarll açdı, qonaqları salamladı, tədbir haqqında geniş məlumat verdi.
Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himnimiz səsləndi.
Söz Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı@ aparatının böyük məsləhətçisi Xumarə Xəlilovaya verildi. O qeyd etdi ki, milli mənəvi dəyərlərimizin təbliği mədəniyyətimizin inkişafı üçün çox önəmlidi. Milli geyimlərimizin bir hissəsini təşkil edən kəlağayımız ulu nənələrdən bir ərmağandı. Onu qorumaq, bu günkü və gələcək nəsillərı çatdırmaq borcumuzdu.
Sonra sonra Mirvarid Dilbazi Poeziya Məclisinin idarə heyyətinin üzvü Sayalı Dabadaşova öz çıxışında bildirdi ki, Xl əsrdən XXl əsrə qədər gəlib çatmış kəlağayımızı qoruyub saxlayıb gələcək nəsillərə ötürmək hər birimizin borcudu.
Tədbirdə Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin metodisti Müşahidə Nərimanova, Mirvarid Dilbazi Poeziya Məclisi İB- nin Cəllabad təmsilçisi Arzu Əyyarqızı, "Sözün işığı" qəzetinin redaktoru,şair publisist Ədalət Salman, Cəlilabad Rayonu Statistika İdarəsinin rəisi Arif Nəcəfov və Adıgözəl Nuriyev, ,Dadaş Bayramov, Ruhiyyə Abbaszadə çıxış etdilər, milli dəyərlərimizdən danışdılar.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı qeyd edib ki, məqsədim 26 Noyabr - Azərbaycan Kəlağayısı Gününün "Kəlağayı Bayramı" kimi hər yerdə qeyd olunmasına nail olmaqdı və gündəmdə saxlamaqdı. Milli dəyərlərimiz o qədər möhtəşəmdir ki, qoruyaq, təbliğ edək.
2025 - ci ilin 26 noyabr " Kəlağayı Günü"nə əliboş gəlməmişik. Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin Tovuz təmsilçisi Brilyant Atəşin "Keçmişdən sabaha yol kəlağayı" və mənim
"Kəlağayı Bayramı" kitabım "Kəlağayı Bayramı" na ən gözəl töhfədir.
Sonda birliyin sədri Cəlilabad Rayon İcra Hakimiyyətinə və əməkdaşlarına, Cəlilabad Tibb Kollecinin rəhbərliyinə, tədbir iştirakçılarına təşəkkürünü bildirib və yenicə işıq üzü görmüş Brilyant Atəşin "Keçmişdən sabaha yol kəlağayı" və Güllü Eldar Tomarlının "Kəlağayı Bayramı" kitabını iştirakçılara təqdim edib.
“Regionlarda peşəkar teatr dərsləri” layihəsinin növbəti ünvanı Mingəçevir teatrı olacaq
“Poeziya Xəzrisi” Respublika bədii qiraət müsabiqəsinin qalibləri müəyyən olunub