Noyabrın 21-də Yasamal rayonunun M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
“İki sahil” yazır ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, 5 nəfərin isə müalicəsi davam etdirilir.
"Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib", - deyə qeyd edilib.