Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən noyabrın 24-də 378 milyon 145 min 291 kVt/saat həcmində sifariş alınıb.
Bu barədə "İki sahil" TAP-ın elektron platformasına istinadən xəbər verir.
Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 3,02 % çoxdur.
Kipoi çıxış nöqtəsindən noyabrın 25-dən 30-dək 348 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.
Bu, oktyabrın 18-dən oktyabrın 20-dək olan sifariş göstəriciləri ilə müqayisədə 5,18 % azdır. Oktyabrın 21-nə olan sifariş göstəriciləri ilə müqayisədə 4,66 %, oktyabrın 22-i və 23-nə olan sifariş göstəriciləri ilə müqayisədə 2,94 % azdır.
Yunanıstanın Komotini çıxış nöqtəsindən noyabrın 24-dan 30-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.
Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən noyabrın 24-dan 30-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.
İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 24-də 313 milyon 628 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 17-na olan sifariş göstəriciləri ilə müqayisədə 2,82 % çoxdur.
Bu çıxış nöqtəsindən qazın tədarükü üçün noyabrın 25-dən 30-dək 287 milyon 012 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, noyabrın 18-dən 20-nə qədər olan sifariş göstəriciləri ilə müqayisədə 5,90 % azdır.
Noyabrın 21-nə olan sifariş göstəriciləri ilə müqayisədə 11,66 %, noyabrın 22-i və 23-na olan sifariş göstəriciləri ilə müqayisədə 9,27 % azdır.