İstismara verildiyi dövrdən bu ilin noyabrın 1-dək Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Ümid" yatağından təqribən 12,7 milyard kubmetr qaz və 1,9 milyon ton kondensat hasil edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yataqdan sutkada orta hesabla hasilat 7 milyon kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edilr.
Xatırladaq ki, "Ümid" yatağının kəşfindən 15 il ötür. "Ümid" yatağı Azərbaycanın müstəqillik dövründə kəşf edilən ilk qaz-kondensat yatağıdır. "Ümid" adını doğruldaraq Azərbaycanın enerji̇ təhlükəsizliyinə güc qatmağa davam edir.
Qeyd edək ki, 2010-cu il 24 noyabr tarixində "Ümid" yatağı kəşf edilib. Bu yataq Azərbaycanın müstəqillik dövründə kəşf edilmiş ilk qaz-kondensat yatağıdır. Yataq 2012-ci ildə istismara verilib. İlkin hesablamalara görə, Xəzər dənizində yerləşən "Ümid" qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir.