İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı tərəfindən “Startup School 3” layihəsi çərçivəsində keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramı başa çatıb. Azərbaycan İnnovasiya Mərkəzində proqramın finalı olan “Demo Day” tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirin açılış hissəsi akselerasiya proqramının final mərhələsinə çıxan startap layihələrinin sərgisi ilə başlayıb. Azərbaycan və Türkiyədən olan 30-dan çox startap tərəfindən innovativ layihələr nümayiş etdirilib. Sərgidə yaşıl enerji, rəqəmsal texnologiyalar, aqrar innovasiyalar, süni intellekt, təhsil, tibb, turizm, kimya sənayesi və digər sahələri əhatə edən texnoloji həllər təqdim olunub.
Layihələr münsiflər tərəfindən qiymətləndirilib. Münsiflər heyəti Azərbaycan, Malta, ABŞ və Türkiyəni təmsil edən vençur fondalarının nümayəndələrindən ibarət olub.
“Demo Day”in davamında İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edərək ölkədə innovasiya ekosisteminin inkişafı və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat veriblər.
Ardınca “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov proqramın məqsədləri, mərhələləri və əldə olunmuş nəticələr barədə təqdimatla çıxış edib.
Həmçinin sərgidə iştirak edən “Agro Gemtin”, “Smart Bin”, “The Bioplastic”, “Green Guest”, “SoilCredit”, “Zeuph” və “Science Delta” startap komandalarına əlavə təqdimat imkanı verilib.
“Demo Day”də professor Vüsal Qasımlı münsiflər heyətinə plaketlər təqdim edərək onlara dəstəklərinə görə təşəkkür edib. Daha sonra (akselerasiya proqramının ABŞ-dan olan tərəfdaşı) “Synapses Ventures” şirkətinin təsisçisi və Stanford Universitetinin professoru Murat Baday, eləcə də (akselerasiya proqramının Malta-dan olan tərəfdaşı) “A8 Acceleration Center”in nümayəndəsi Gonca Kara proqramın regional innovasiya mühitinə töhfələrini vurğulayaraq startapçılara tövsiyələr veriblər.
Tədbirin yekununda akselerasiya proqramının ən yaxşı 3 startapı elan edilib. Qeyd edək ki, birinci və ikinci yerin qaliblərinə “Baku Holiday Travel” (akselerasiya proqramının tərəfdaşı) şirkəti tərəfindən səyahət vauçerləri hədiyyə olunub.
I yer: “Agro Gemtin”.
II yer: “Smart Bin” (Türkiyə
III yer: “The Bioplastic”
Həmçinin akselerasiya proqramının ABŞ-dan olan tərəfdaşı “Synapses Ventures” tərəfindən iki komandaya xüsusi mükafatlar verilib. Həmin komandalar Silikon Vadisində təşkil edilən yüksək səviyyəli 2 ayrı startap proqramlarında tam təqaüdlə iştirak haqqı qazanıblar.
Xatırladaq ki, “Enterprise Azerbaijan” portalının “Startup School” layihələri Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirilir. “Startup School 3” çoxsaylı beynəlxalq tərəfdaşlarla yanaşı, İpək Yolu Yüksək Texnologiya Parkları Assosiasiyası (SRHPA) ilə də əməkdaşlıq edib.
“Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramında iştirak üçün Mərkəzi Asiya və Qədim İpək yolu üzərində yerləşən ölkələrdən (Azərbaycan, Macarıstan, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan, Çin) 140 startap müraciət edib. Həmin startapların 126-sı proqram boyunca təlim və mentorluq xidmətlərindən faydalanıblar. Onlara ABŞ, Cənubi Koreya, Çin, Malta, Almaniya, Türkiyə və Azərbaycandan nüfuzlu mütəxəssislər mentorluq ediblər.
Aşağıdakı startaplar isə uğurlu nəticələr göstərərək akselerasiya proqramından məzun olublar:
West innovation
The Eco-Friendly Digital Marketplace
EnerStep
ScienceDelta
QTFashion Pvt LTD
E-waste
TenEd
Black Gold
Car Easy – Digital Vehicle Service Platform
PosturabandPro
FitoBot
Backlify
Mopsn
Arma-Lux
Fahad International Auto Solution
The Bioplastic
Carbionix
Green Mind's Campus
Ecoguard
Inrolin
OchseMoto
Memar Əcəmi irsinin kufi xətti və daş teksturası əsaslı 3D modelləşdirilməsi
SunTrack- Solar Energy monitoring company
Smart Bin
Beaver Nexus
AI-Powered Livestock Solutions
RecycleMate
SmartPark
PetroMind
Zeuph
Sandal
Green Guest
OralWise
Skillink
SoilCredit
Tunet
Robotic Arm for Handling Chemical Substances
Agro Gemtin
Glamo
LatZoom Gloves Dispenser
Guardian-X
Blackone Ecosystem
MadeInKP
Bütün komandaları təbrik edir, uğurlar arzulayırıq.