24 noyabr 2025 16:47
76

Dohada Qətər–Azərbaycan Birgə Biznes Şurasının ilk iclası keçirilib

Bu gün Dohada Qətər–Azərbaycan Birgə Biznes Şurasının ilk iclası baş tutub.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov özünün "X" hesabında yazıb.

O bildirib ki, görüşdə iki ölkə arasında sahibkarlıq ekosisteminin inkişafı, birgə layihələr və qarşılıqlı investisiya imkanları üzrə konkret təşəbbüslər irəli sürülüb.