24 noyabr 2025 18:19
80

Azərbaycanın xarici işlər naziri Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb

Noyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb.

“İki sahil” xəbər verir ki,  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, səfər çərçivəsində noyabrın 25-27-də nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksəksəviyyəli rəsmilərlə görüşləri, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.