"Azərbaycan xalçalarında xalqın ruhunu gördük".
“İki sahil” xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlamasında "Azərbaycan Xalçalarının İkinci Həyatı" sərgisində iştirak edən Portuqaliyanın BMT-dəki daimi nümayəndəsi, səfir Rui Vinhans deyib. O, Azərbaycanın BMT-də təqdim etdiyi layihəsini yüksək qiymətləndirib.
Səfir bildirib ki, təşəbbüs çox gözəl, unikal və BMT-də adətən nümayiş olunan sərgilərdən çox fərqlidir: "Layihə Azərbaycan xalqının ruhunu gözəl nümayiş etdirir. Bu təşəbbüsə görə Azərbaycan səfirini təbrik etdim. Çox gözəl və unikal Azərbaycan xalçalarına heyran qaldım",- deyə Vinhans vurğulayıb.
O, əlavə edib ki, Azərbaycanın həyat və mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən xalçalar insanın hisslərinə dərindən toxunur.
BMT-nin Baş Qərargahında "Azərbaycan Xalçalarının İkinci Həyatı" sərgisi açılıb