25 noyabr 2025 13:35
74

Makron: Ukraynada cəbhə xəttinə qoşun göndərilməyəcək

Fransa prezidenti Emmanuel Makron bildirib ki, "könüllülər koalisiyası"na daxil olan ölkələr Ukraynada cəbhə xəttinə qoşun yeritməyəcəklər.

“İki sahil” xəbər verir ki, RTL radiosuna verdiyi müsahibədə o, qeyd edib ki, onlar cəbhədən uzaqda, ikinci xəttə" və yalnız münaqişə bitdikdən sonra qüvvələr yerləşdirməyi planlaşdırırlar.

"Biz heç vaxt cəbhə xəttinə qoşun göndərməyi planlaşdırmamışıq, çünki bu, bizim məqsədimiz deyil"- deyə, Makron bildirib. 

Müsahibə zamanı Fransa lideri həmçinin bildirib ki, Parisin gəncləri Ukraynada döyüşməyə göndərmək planı yoxdur.