Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2026-cı ildə tarixinin ən geniş seysmik proqramını həyata keçirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov "SPE Xəzər Texniki Konfransı-2025" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, şirkət gələn ildən yetkin yataqlarda ehtiyatların daha dəqiq xəritələnməsi üçün SOCAR tarixində ən böyük seysmik tədqiqat proqramına start verəcək:
"Məhdud büdcə şəraitində ən böyük dəyər yaradan sahələri düzgün hədəfləməliyik. 2026-cı ildə həyata keçirəcəyimiz seysmik proqram SOCAR-ın tarixində ən genişmiqyaslı fəaliyyət olacaq və əsas məqsəd yeraltı ehtiyatların dəqiq müəyyən edilməsidir", - M.Seyidov deyib.
O əlavə edib ki, seysmik işlərlə yanaşı, digər məlumat toplama prosesləri də "Baker Hughes", "Halliburton" və "Schlumberger" kimi beynəlxalq tərəfdaşlarla birgə aparılır:
"Qeyri-müəyyənliyin azaldılması üçün texnoloji əməkdaşlıq əsas amildir. Yalnız düzgün hədəfləri müəyyən etdikdən sonra yataqların tammiqyaslı canlandırılmasına investisiya yatırmaq mümkündür", - o vurğulayıb. ("Report")
Azərbaycanla BƏT arasında "2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı" imzalanıb
Biləsuvarda quşçuluq sektorunun dayanıqlı inkişafına həsr olunmuş panel müzakirəsi keçirilib
İSB Bürolar Şurasının Daxili Reqlamentlər Komitəsində təmsil olunmaq hüququ qazanıb