25 noyabr 2025 14:57
84

SOCAR yetkin yataqlar üzrə yeni idarəetmə modelinə keçir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yetkin yataqların idarə edilməsində həcmlərə yox, dəyərə fokuslanmış yeni idarəetmə modelinə keçir.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov "SPE Xəzər Texniki Konfransı" çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, yetkin yataqlar fərqli düşüncə tərzi tələb edir: "Biz həcmlərə yox, dəyərə fokuslanmış yeni idarəetmə modelinə keçirik. İnsanların düşüncə tərzinin yenilənməsi bu strategiyanın əsasını təşkil edir. Yetkin yataqların idarə edilməsində hədəfimiz həcm deyil, dəyəri artırmaqdır".

O bildirib ki, dünya üzrə neft hasilatının 70 %-dən çoxu yetkin yataqlardan əldə edir və bu reallıq SOCAR-ın portfelini birbaşa formalaşdırır: "SOCAR hazırda 30-dan çox yataqda 10 minə yaxın quyu idarə edir. Bu yataqların böyük əksəriyyəti 100 ildən çox yaşı olan yetkin sahələrdir. Bu səbəbdən canlandırma bizim üçün seçim deyil - gündəlik fəaliyyətimizin tərkib hissəsidir".