Fransa hökumətinin "könüllülər koalisiyası" təşəbbüsünün bir hissəsi olaraq Ukraynaya qoşun göndərmək qərarı Rusiya ilə birbaşa qarşıdurmaya səbəb ola bilər.
“İki sahil” xəbər verir ki, bunu fransız siyasətçisi Florian Filippo X sosial media hesabına yazıb.
O, Fransa prezidenti Emmanuel Makronun belə bir qərarın mümkün nəticələrindən xəbərdar olduğuna, lakin bunu gizlətməyə üstünlük verdiyinə əminliyini ifadə edib.
"Bu planla gec-tez Rusiya ilə birbaşa qarşıdurma təmin edilir! O, bunu gizlədir, amma bunu çox yaxşı bilir... Ukraynada bir nəfər də olsun fransız əsgəri olmamalıdır!" - Filippo yazıb.