İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatının strukturunda dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, struktura Daxili audit baş idarəsi, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi və Data analitika idarəsi əlavə edilib.
Bundan başqa, xidmətin tərkibindəki İnformasiya təhlükəsizliyi şöbəsi idarəyə çevrilib.
Bununla da, aparatın strukturuna daxil olan bölmələrin sayı 24-dən 27-yə yüksəldilib.
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
İxracatçılara yeni dəstək: daşıma xərclərinin 70%-dək hissəsi kompensasiya olunacaq