25 noyabr tarixində Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” QSC-nin rəhbər heyətləri arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə son illərdə iki ölkə arasında nəqliyyat, xüsusilə dəmir yolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin strateji iştirakçıları olan Azərbaycan və Qazaxıstanın beynəlxalq yükdaşımaların səmərəli və təhlükəsiz təşkili üçün həyata keçirdiyi işlər, Bakı Beynəlxalq Dəniz Limanı və Qazaxıstan limanları arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Bundan əlavə, Qazaxıstan mənşəli məhsulların Bakı Limanında aşırılması, daha sonra dəmir yolu ilə Gürcüstan limanlarına və ya Bakı–Tbilisi–Qars xətti ilə Türkiyə və dünya bazarlarına nəqli imkanları barədə fikir mübadiləsi aparılıb, bunun yük axınlarının daha səmərəli idarə olunmasına və alternativ marşrutlara düşən yükün azalmasına töhfə verəcəyi bildirilib.
İpoteka və Kredit Zəmanət Fondunda iqtisadi sahədə ixtisaslaşmış ekspertlərlə görüş keçirilib
Azərbaycanla Türkiyə arasında turizm sənayesinin perspektivləri müzakirə olunub
Orta Dəhlizin rolu güclənir: Azərbaycanın sədrliyi ilə yaradılan beynəlxalq təşkilat fəaliyyətə başladı