Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Qahirədə misirli həmkarı Hasan Reşat və Misir xarici işlər naziri Şeyx Muhammed bin Abdurrahman Al Sani ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Görüşdə Qəzza zolağında atəşkəsin ikinci mərhələsinə keçid və ABŞ ilə əməkdaşlıq çərçivəsində birgə səylərin gücləndirilməsi müzakirə olunub.
Həmçinin görüşdə atəşkəsin davamlılığını təmin etmək üçün bütün maneələrin aradan qaldırılması və təxribatların qarşısının alınması istiqamətində Mülki-Hərbi Koordinasiya Mərkəzi (CMCC) ilə koordinasiya və əməkdaşlığın gücləndirilməsinin davam etdirilməsi barədə razılıq əldə edilib.
Türkiyənin hər zaman olduğu kimi bundan sonra da bütün imkanları ilə Fələstin xalqının yanında olmağa davam edəcəyi vurğulanıb.