Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Apostol Kitabxanasında olub.
“İki sahil” xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
"Bu misilsiz insanlıq tarixi xəzinəsi bizə əsrlər boyu əlyazmalar və mətnlərdə qorunub saxlanılan dialoqun gücünü xatırladır. Özünün zəngin multikulturalizm ənənəsinə malik olan Azərbaycan ortaq gələcəyimiz üçün daha dərin qarşılıqlı anlaşmaya aparan yol kimi belə mədəniyyətlərarası mübadiləni təşviq etməkdən qürur duyur., - C. Bayramov paylaşımda bildirib.
Prezident İlham Əliyevin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində görülən işlərlə tanış olub YENİLƏNİB/FOTO