ABŞ İmmiqrasiya və Gömrük Xidməti Ağ Evin Mətbuat Katibi Kerolin Levittin qohumunu saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə CNN bu barədə onun vəkilinə istinadla məlumat yayıb.

"Levittin qardaşı oğlunun anası Braziliyada anadan olmuş Bruna Kerolin Ferreyra Boston yaxınlığında saxlanılıb", - deyə insan haqları fəalı Todd Pomerleau qeyd edib.
Ferreyranın ölkəyə qanunsuz olaraq, müddəti bitmiş turist vizası ilə gəldiyi bildirilir. Deportasiya proseduru başlanılıb.
Kanalın məlumatına görə, Levitt və Ferreyra uzun illərdir danışmırlar.