Venesuela prezidenti Nikolas Maduro Karakasda ABŞ-ın ölkənin daxili işlərinə müdaxiləsinə qarşı yürüş keçirib.
“İki sahil” "Sky News"a istinadla xəbər verir ki, prezident xalqa müraciəti zamanı milli qəhrəman Simon Bolivarın əfsanəvi qılıncını tutub.
Yürüşdə minlərlə venesuelalı iştirak edib. Mülki şəxslərlə yanaşı, polis məmurları, hərbçilər və milis üzvləri də yürüşdə iştirak ediblər.
Yürüşün sonunda hərbçilər Maduroya Simon Bolivar ölkəni İspaniya hakimiyyətindən azad etdiyinə görə minnətdarlıq əlaməti olaraq Perudan aldığı qılıncı hədiyyə ediblər. "Mən bunu 200 il sonra bütün Cənubi Amerikaya qələbə gətirən bir azadlıq qüvvəsi kimi qəbul edirəm", - deyə Nikolas Maduro qılıncı yelləyərək qışqırıb.