26 noyabr 2025 16:40
102

Əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb

Bakıda 1950-ci il təvəllüdlü əlilliyi olan şəxsi dilənçiliyə sövq edən 1973-cü il təvəllüdlü Məlahət Bayramova saxlanılıb.

“İki sahil” xəbər verir ki, o, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb.

Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcək.