27 noyabr 2025 12:05
98

Lukaşenko: Belarus Qərbdən gələn təhdidlər səbəbindən...

Belarus lideri Aleksandr Lukaşenko Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində bildirib ki, Belarus Qərb sərhədlərindəki təhdidlər səbəbindən "mühasirəyə alınmış qalada" yaşayır.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"KTMT sərhədləri boyunca, xüsusən də təşkilatın Qərb cinahında hərbi risklər və təhdidlər artır... Vəziyyət bu gün Belarusun yaşadığı mühasirəyə alınmış qalaya bənzəyir", - deyə o, bildirib.

Əvvəllər Lukaşenko Qərb ölkələrinin Belarusa qarşı düşmənçilik siyasətinin təcavüzə çevrildiyini qeyd etmişdi.