27 noyabr 2025 12:45
109

Aqrar Sığorta Fondu: Fermerlər üçün elektron kabinetlər yaradılır

Azərbaycanda aqrar sığorta mexanizmindən istifadə edən fermerlərin elektron kabinetləri yaradılır.

“İki sahil” xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib.

Onun sözlərinə görə, fermerlər elektron kabinet üzərindən öz təsərrüfatlarında baş vermiş hadisələr barədə Fonda məlumat verə, müstəqil ekspertləri rəyləri ilə tanış ola bilər: "Fermerlərə ödənişin rəqəmsal üsulla həyata keçirilməsi üçün də şərait yaradılıb".

"Sahibkarların Fonda və ya onun hansısa filialına gəlməsinə ehtiyac yoxdur. 1651 qaynar xətti var. Bura zəng edərək təsərrüfatını sığortalamaq istədiyini bildirmək olar. Müvafiq olaraq fermerin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki (EKTİS) bəyanları götürülür. Çünki fermerlər hər il Sistemdə öz bəyanlarını edirlər. Həmin məlumatlar əsasında sığortalanma prosesini həyata keçirilə, fermerə nə qədər sığorta ödənişi edilməli olduğu müəyyənləşdirilə bilər", - deyə R.Səmədli əlavə edib.