27 noyabr 2025 12:51
92

Dövlət təşviqinin olması fermerlər üçün çox vacib və faydalıdır

"Burada, ilk növbədə baş vermiş şaxta hadisəsi ilə bağlı və cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Aqrar Sığorta Fonduna təşəkkürümü bildirmək istəyirəm. Aqrar sığorta bütün dünyada, kənd təsərrüfatı sahəsində inkişaf etmiş dövlətlərdə mütləq olan bir dəstəkdir. Xüsusilə də Azərbaycanda dövlət təşviqinin olması fermerlər üçün çox vacib və faydalıdır."

 "İki sahil"in Xaçmaza ezam olunmuş muxbiri xəbər verir ki, bunu "Naxo Group" şirkətinin rəhbəri Ahmet baş aqronomu jurnalistlərə açıqlamasında bildirib.

A. Turqut bildirib ki,  müxtəlif rayonlarda fərqli bağları var və onların hamısı sığortalanıb: "Ancaq hazırda olduğumuz Xaçmaz rayonundakı bağda – 50 hektarlıq nektarin bağına şaxta zərər verib. Digər bağlarımızda isə belə bir problem yaşanmayıb. Ümumilikdə biz riskə baxmadan bütün bağlarımızı sığortalayırıq. Çünki bu, təbiət hadisəsidir və onun nə vaxt, necə baş verəcəyi məlum olmur."
Şirkət rəhbəri əlavə edib ki, buradan bütün fermerlərə tövsiyə edirəm ki, cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Aqrar Sığorta Fondu barədə diqqətlə araşdırsınlar, öyrənsinlər: "Artıq hər rayonda nümayəndəlikləri fəaliyyət göstərir, zəng edə, yaxud da gedib ətraflı məlumat ala bilərlər. Bu məsələ həm Azərbaycanın iqtisadi inkişafı, həm də qida təhlükəsizliyi baxımından çox önəmlidir."

Orxan Vahidoğlu, "İki sahil"