26 noyabr – Kəlağayı Günü münasibətilə 2025-ci ildə Mədəniyyət Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və “Kəlağayı Ev muzeyi”nin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında möhtəşəm “Kəlağayı Bayramı” keçirilib. Tədbirin əsas məqsədi kəlağayının Azərbaycan mədəniyyətindəki yerini, milli kimlik və zəriflik simvolu kimi əhəmiyyətini geniş ictimaiyyətə təqdim etmək olub.
Bayram proqramı “Kəlağayı Ev Muzeyi”nin qədim və müasir kəlağayı nümunələrindən, Güllü Eldar Tomarlının əl işlərindən, rəssam Gülnarə Məmmədovanın rəsm əsərlərindən, keçmişdən bu günə yol gələn milli dəyərlərimz- sandıq, səhəng, cəhrə, nəhrə ikimi məişət əşyalarının sərgisi ilə açılıb. Sərgidə həm ənənəvi ipəkçilik məktəbinə aid nümunələr, həm də müasir kəlağayı sənətinin yeni üslubları nümayiş olunub. Sərgidə toxuculuq ənənəsinin canlı nümayişi – cəhrə vasitəsilə yun, pambıq və ipək liflərin burularaq ipə çevrilməsiafıar tamaşaçılar tərəfindən böyük maraqla izlənildi. Bu təqdimat xalq sənətinin unudulmaqda olan incəliklərinin yenidən yaddaşlara qaytarılması baxımından xüsusi önəm daşıyırdı.
Güllü Eldar Tomarlının "Kəlağayı Bayramı" və Brilyant Atəşin "Keçmişdən gələn yol" kəlağayı kitablarının təqdimatı keçirilib
Rəsmi hissə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlının çıxışı ilə başlayıb. Güllü Eldar Tomarlı çıxışında milli-mədəni irsimizin təbliğindən geniş söz açıb, ilin müxtəlif dövrlərində məclisin təşkilatçılığı ilə ölkənin bir çox rayonunda, eləcə də ölkə xaricində keçirilən tədbirlər, sərgilər və festivallar haqqında məlumat verib. O, kəlağayının UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilməsinin bu sənətin beynəlxalq səviyyədə tanıdılmasına böyük töhfə verdiyini qeyd edib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Reapublikası Mədəniyyət Nazirliyinin Mygrant layihəsinin koordinatoru Heydər Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov nitq söyləyərək kəlağayının milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissəsi olduğunu vurğulayıblar.
Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, şəhid Rəşad Quliyevin anası Mətanət xanım, itgin şəhid İsmayıl İsmayılovun bacısı, şair Lalə İsmayıl, qazi Taleh Əliyev qeyd etdilər ki, milli dəyərlərimizin və mədəniyyətimizin bir qolunu təşkil edən ismət örpəyi kəlağayımızın təbliğatı, təqdimatı istehsalına, istifadəsinə yollar açır. Bu da mədəniyyətimizin inkişafı və adət- ənənəmizin yaşamasıdır.
Konsert proqramı zəngin bədii çıxışlarla davam edib. Əməkdar mədəniyyət işçisi, aşıq və müğənni Solmaz Kosayeva, Gürcüstanın “Şərəf” ordenli şairi, Sazın, sözün Burası təşkilatının sədri Səadət Buta, 316 saylı uşaq bağçasının “Tarixin ipək ətri” kompozisiyası, Aərbaycan Televiziyasının əməkdaşları, ifaçı Xanım Paşazadə, qiraət ustaları Seymur Novruzov və Fəridə İsmayılova öz çıxışları ilə tədbirə rəng qatıb.
Gecədə xalq artisti Gülyaz Məmmədova, “İrəvan” xalq çalğı alətləri ansamblının bədii rəhbəri, professor Maya Qafarovanın rəhbərliyi ilə “Dedim” və “İrəvan” mahnıları xanəndələr Rəşad İdrisoğlu, Rəvanə Vəliyeva, eləcə də ansamblın solistləri Elşad Həsənov və Türkanə Baxışova çıxış ediblər. Tədbirdə həmçinin bəstəkar-müğənni Arif Mehmandost, aşıqlar Gözəl Kəlbəcərli, Məhsəti Cabbarova, Rəvanə Lerikli, Nazənin Lerikli, Nənə Qızlar ansamblı, "Çeşmə" folklor qrupunun üzvü aşıq Xədicə, 225 saylı məktəbin direktoru, yazıçı-publisist Zenfira Nusalova və yaratdığı "Kiçik Akademiya" nın üzvləri kəlağayıya həsr olunmuş şeirlər söyləyiblər. Gənc xanəndə Yusif Hüseynli, aşıq Xanım Göyçəli öz ifaları ilə bayram ab-havasını daha da zənginləşdiriblər.
Tədbir Azərbaycan qadınının zəriflik və mənəvi güc rəmzi olan kəlağayının təntənəsi kimi yadda qalıb və ölkəmizin qədim ipəkçilik irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verib.
Sonda Güllü Eldar Tomarll qeyd edib ki, məqsədimiz "Kəlağayı Bayramı" nın Azərbaycanın hər bölgəsində, mədəniyyət və təhsil ocaqlarında milli bayram kimi keçirilməsinə nail olmaqdır. Güllü Eldar Tomarlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına, Xətai Rayon İcra Hakimiyyətinə , Xətai Sənət Mərkəzinə və tamaşaçılara təşəkkürünü bildirib.